adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2020 12:21
15241
MƏMLƏKƏT
A- A+

Cəbhə müxbirləri – niyə onlar da evlə təmin edilmir?

Bildiyiniz kimi, Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 22 iyul mətbuat günü ərəfəsində jurnalistlərə veriləcək 256 mənzilli binanın da açılışı gözlənilir.

2013-cü ildən başlayaraq Prezidentin tapşırığı ilə iki çoxmənzilli bina inşa edilərək jurnalistlərə verilib. Növbəti – üçüncü bina da istismara hazırdır. Bu mənzillərin verilməsi meyarlar sırasında jurnalistlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq missiyası da var.

İki binanın jurnalistlərə paylanması prosesində neqativ hallar müşahidə olunsa da, xeyli mənzilsiz qələm əhli ev-eşik sahibi oldu. Hər iki binadan mənzillərin paylanmasında Qarabağ müharibəsində iştirakı nəzərə alınaraq bir-neçə jurnalistə Prezident tərəfindən mənzil hədiyyə edildi. Və ümid edirik ki, bu binadan da müharibə insanlarına mənzillər veriləcək.

Amma əvvəlki iki binanın mənzilləri paylanarkən bir vacib məsələ diqqətdən qaçdı - cəbhə bölgəsində çalışan həmkarlarımızı nəzərə alınmadı. Səbəbin bilmədim, amma cəbhə müxbirlərimizin mənzillə təmin edilməsi çox yaxşı olardı. Çünki məhz onlar odun-alovun içindən bizə xəbər çatdıranlardır. Ömürlərinin bir hissəsi elə səngərdə keçib. Səngərdə xəsarət-travma alanları da, əzizlərinin yasını yarımçıq qoyub "Vacib xəbər var, gəl!” çağırışına səngərə qaçan müxbirlərimiz də var.

Onlar bunlardır:

Şöhrət Eyvazovu (İctiami Tv və "Hərbi And” qəzeti), Habil Aslanoğlunu (Lider və APA Tv) , Şamxal Adıgözəlovu (Xəzər TV), Pərviz İmranoğunu (Az TV), Daşqın Abdullayevi (Arb), Tahir Ağamməmədovu (AzərTAC), Emin Babayevi (Space), Elgün Gəncimsoyu (ordu.az), bölgədə fəaliyyətini dayandırmış Allahverdi Əsədovu, Şahin Rzayev, Ramil İbrahimov, Hafiz Abbasovu, Sənan Həsənoğlunu, Teymur Zahidoğlunu, eləcə də operatorları - Vüsal Quliyevi (İTV), Elgün Qənbərovu (AzTv) , Vicay Vəliyevi (ATV), Loğman İsmayılov(Xəzər TV), Şamo Adığözəlovu (Space Tv), Ziya İsmayıloğlunu (Lider TV) – eləcə də hal-hazırda çalışmayan Fərid Əsədov, İlqar Fərmanlını, Zaur Naibovu , Eldəniz Vəliyevi və Fəxri Məmmədovu deyirəm.

Ümid edirəm ki, növbəti binadan həmkarlarıma mənzillər hədiyyə ediləndə cəbhə müxbirləri də nəzərə alınacaq.


P.S. Onların içərisində müharibə veteranı olanı da var.

QAZİLER.AZ
Rey Kərimoğlu