adalet.az header logo
  • Bakı 12°C
07 Iyul 2020 12:00
10514
GÜNDƏM
A- A+

Rəşad Mahmudov: ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!

Korona virus daha bir səhiyyəçinin canını aldı. Deputatı olduğum Astara rayonunun Mərkəzi Xəstəxanasında əvvəllər həkim - cərrah kimi çalışmış Kamil Əliyev əfsuslar olsun ki, eyni xəstəxanada koronavirusla mübarizədə həyatını itirdi!

Xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalıbu mübarizədə təəssüf ki, həyatlarını itirdilər. Unutmayaq ki, bu qəhraman səhiyyəçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur.

Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının (biri türkiyədə 1 ci kurs tələbəsi) dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm....

Bir daha koronovirusdan həyatını itirmiş bütün insanlara Allahdan rəhmət diləyirəm.

"Biz birlikdə güclüyük" və həmişədə güclü olacayıq!

Tanrı xalqımızı, dövlətimizi və Prezidentimizi QORUSUN!!!