adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Qarabağda dağım qaldı - Aygün Attar

38912 | 2020-07-08 09:26

Qızlar həmişəatalarını dağ kimi görürlər: sağlam, qüvvətli və həmişə dağ kimi yerində duran.

Atamız həyatımızdançıxanda söykəndiyimiz o qocaman dağ gurultu ilə çökür və biz qızların dünyası oçöküşün yaratdığı pərişanlıqdan asanlıqla can qurtara bilmir.

Hələ heç iyirmiyaşım da yox idi ki, illər öncə bütün ehtişamıyla həyatımı bəzəyən o uca dağ yerlə yeksan oldu və yaraşıqlı, güclü qəhrəmanımcavan yaşda 25 may vəfat etdi.

AtamMirteyyub Seyyid Əlövsət oğlu bu dünyada tanıdığım ən mərd, namuslu, məzlumunyanında olan, yıxılanın əlindən tutan bir insan idi.

Məqam sahibi deyilənvə sevilən insane idi. El ağsaqqalı idi atam.

Onun haqqındaxeyirxahlığından nəsibini almış insanlar, ailəsi, yəni biz çox pis olduq, birel ağladı atamı.

Atam ağır birocağın, cəddi peyğəmbərimizdən gələn Qalalı (Şuşa) Ağamirovların övladı idi.

Böyük əmim gənclik səhviilə babamızın adı Həşimi soyadımız olaraq yazdırdığından əmiuşaqlarımAğamirovlardan fərqli olaraq soyadımız fərqli oldu.

Atam həyatı boyuncaqul haqqını qorudu, boğazından haram tikə keçirtmədi və kimsəyə də yedirtmədi.

SSRİ-nin amansızdespot rejiminə rəğmən öz doğruları ilə yaşadı həyatını.

Heç kimin qabağında əyilmədi,bükülmədi.

O, insanlığı qarşılığınıgözləmədən etdi. "Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər” deyimidilindən düşmədi.

Atam şərəflisoyadını və uşaqlığının, gəncliyinin Qarabağ xatirələrini bizə miras qoydu, əmanətetdi, o əmanətə sahib çıxmadıq, çünki onun xatirələrinin yaşadığı yerlərdə erməniat oynadır.

Atamın məzarı ermənilərtərəfindən işğal edilmiş Qarabağ torpaqlarındadır.

Övladları olaraq illərdirbu utancla yaşayırıq və Qarabağ üzərindən yazılan bazarlıq mövzuları sadəcəatamın deyil, o torpaqlarda ayatan, o torpaqlarda yatmağı gözləyənlərinhamısının mənəvi mirası üzərindən edilən alış-veriş kimi canımızı yandırır.

Mən onun vəfatetdiyi hər 25 mayı atamın məzarını ziyarət edəcəyim ümidilər gözləyirəm. Düz 27ildir…

Yatdığı torpağıovuclamaq, atamın məzarının başında Fatihə oxumaq, onunla ata-qız olaraq dərdləşməkistəyirəm.

Atama yalnız cismaniolaraq deyil, xarakter olaraq da onun qızı olduğumu, qürur, şərəf, iradə, dikduruş kimi genetic mirasımızı hər kəsə və hər şeyə rəğmən ona yaraşan tərzdədaşıdığımı demək istəyirəm.

Və onun kiçikqızının ondan ötrü çox darıxdığını…

Ona bir dəfə də olsasarıla bilmək…

Onu bir dəfə də olsaqoxlamaq üçün həyatının geriyə qalanını düşünmədən qurban verməyə hazırolduğumu deməyi çox istəyirəm.

Allah sənə rəhmətetsin, Ata!

Məkanın cənnətolsun!

Tezliklə yatdığıntorpaq işğaldan, biz isə əzabdan aza olaq…

Açılmış qollarınla mənigözlə. Səni təsviri mümkünsüz bir intizarla sevən və görmək üçün səbrsizlənmənkiçik, sonbeşik qızını…

Nur içində yat və mənigözlə, Ata!

P.S Bu gün sənin çoxsevdiyin Xan əmidən "Şuşanın dağları başı dumanlı”, çox bəyəndiyin RübabəMuradovadan "Segah təsnifi” dinləyəcəyim və şikəstə ruhumun sızıltısı ilə sənə -Qarabağa, bütün itirdiklərimə ağlayacam

"Qarabağda dağımqaldı,

Əkmədiyim bağımqaldı,

Viran olmuş məzarlarda,

Həm ölüm, həm sağımqaldı”.

Qeyd: Bu yazımaddi-mənəvi olaraq varını-yoxunu Qarabağda itirən bütün aiələlərə, bütünatasını itirən qızlara, torpaq həsrəti ilə yanıb kül olan oğullara ithafənyazılmışdır.

Prof. Dr. AygünAttar.

25 may 2019.

TƏQVİM / ARXİV