adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyul 2020 23:33
18081
İDMAN
A- A+

UEFA ÇL-in cavab oyunları ilə bağlı qərar verdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

Qol.az"AS" nəşrinə istinadən xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Bu barədəiyulun 10-da rəsmi açıqlamaveriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib.

Xatırladaq ki, 1/8 finalın cavab matçında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1),"Yuventus" "Lion"u (ilk oyun - 0:1),"Barselona""Napoli”ni (ilk oyun 1:1),"Bavariya"isə "Çelsi"ni (ilk oyun -3:0) qəbul edəcək.