adalet.az header logo
  • Bakı 18°C
06 Iyul 2020 22:45
12451
MƏMLƏKƏT
A- A+

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılması məqsədi ilə zəruri tədbirlər görülüb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Adalet.az-a bildirilib ki, qəza ocağı kimi tanınan kəsişmə BNA mütəxəssisləri tərəfindən müayinə edilib. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.