adalet.az header logo
  • Bakı 12°C
06 Iyul 2020 21:00
21324
İDMAN
A- A+

Arda Turan doğma klubuna qayıdır

"Qalatasaray” futbol klubukeçmiş futbolçusu Arda Turanla mövsümün sonunda müqavilə imzalayacaq.

Bu barədə "Hürriyet” nəşri yazıb.

Sözügedən qərar Arda Turan, "Qalatasaray”ın prezidenti Mustafa Cengiz və baş məşqçi Fatih Terimin görüşü zamanı qəbul edilib.

Doğma klubundan ayrılmaq istəməyən türkiyəli ulduz futbolçu karyerasını başa vurduqdan sonra Fatih Terimin köməkçisi kimi "Qalatasaray”da qalmaq istəyir.

Arda Turanın, həmçinin, gələcəkdə komandanın transfer məsələlərini idarə edə biləcəyi qeyd olunur.

Xatırladaq ki, Arda Turan "Qalatasaray”dan "Atletiko” komandasına, Madrid təmsilçilərindən isə "Barselona”ya transfer olunmuşdu.