adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Iyul 2020 20:20
10249
GÜNDƏM
A- A+

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.

Bu barədə Oxu.Az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər:

"Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir.

"Azərbaycan Hava Yolları” həmçinin provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir”.