adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyul 2020 17:53
14535
DÜNYA
A- A+

Bolqarıstanda fövqəladə vəziyyət rejimi uzadıldı

Bolqarıstanda koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar fövqəladə epidemioloji vəziyyət rejimi iyulun 31-dək uzadılıb.

Adalet.az-ın məlumatına görə, bunu Bolqarıstanın Səhiyyə naziri Kiril Ananiyev deyib.

O bildirib ki, bu müddət ərzində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Bolqarıstanda son iki gün ərzində 240-dan çox yoluxma qeydə alınıb. Bu günədək virusa yoluxanların sayı 5 740 nəfərə çatıb, 246 nəfər ölüb.