adalet.az header logo
  • Bakı 16°C
06 Iyul 2020 15:52
41839
SAĞLAMLIQ
A- A+

ƏSLİNDƏ İBADULLA AĞAYEV NƏ DEMƏK İSTƏMİŞDİ?!

Respublikanın baş epidemioloqu, Tibb Universitetinin kafedra müdiri, professor İbadulla Ağayevi İsmayılladan verdiyi bir açıqlamaya görə saytlar və sosial şəbəkə linç etdi. Professor demişdi ki, hazırda kənddədi, televizordan və internetdən kənardadı və vurğulamışdı ki, ona verilən sualları TƏBİB-ə və Səhiyyə Nazirliyinə ünvanlayın.

Məntiq deyilən bir elm var. Universitetin humanitar fakültələrində keçirilir. Azərbaycanda da ən böyük alimi Mustafa Güliyev idi. Sözgəlişi, özü də İsmayıllıdan idi.

Məntiqi tətbiq etmək istəsək görərik ki, İbadulla Ağayev bildirmək istəyir ki, o, Operativ Qərargahın üzvü deyil və qərar çıxarılanda da ondan məsləhət alınmır.

Baş infeksionist Cəlal İsayev də əvvəl dedi ki, koronavirus yoxdu, boş sözdü. Sonra dedi ki, yox, var. Lap sonra da dedi ki, lap çox var.

Və Operativ Qərargah brifinq keçirəndə Xarici İşlər Nazirliyinin mətbuat katibini yox, İbadulla Ağayevlə, Cəlal İsayevi dəvət etməlidir.