adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2020 09:56
15691
MƏMLƏKƏT
A- A+

BİRCƏ QALDI Kİ, DEYƏ : «QƏLƏT ELƏMİŞƏM»

Şəmkirin hansısa kəndində bir nəfər çadır quraraq anasına ehsan verib. Videodan görünür ki, mərasimdə 200-dən çox adam iştirak edir.

İnsanlara nə qədər demək olar ki, yas mərasimi keçirmək məlum yoluxmaya görə müvəqqəti qadağan olunub, amma eşitmirlər. Bu da nəticəsi.

Məşədi İbad demişkən, gərək belə adamları yerə yıxıb ağzına-ağzına döyəsən. Əslində həmin adam anasına hörmət gətirmədi, əksinə, ruhunu incitdi.

Məsələyə başqa gözdən baxmaq istəyirik. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa müəllim hüquq-mühafizə orqanlarının da rəhbərlərini götürüb yas mərasiminə gəlib və ölü sahibini möhkəm danlayıb. Həm ölü sahibi, həm də mərasim iştirakçıları cəzalandırılıblar. Cəza da haqlıdı.

Amma icra başçısı həm ərazi icra numayəndələrinə, həm də bələdiyyə sədrlərinə vaxtında öz tapşırıqlarını veribmi?

Kənd icra nümayəndəsi vaxtında ölü sahibini məlumatlandırıbmı, kənd əhalisinə müəyyən tövsiyyələr veribmi?

İndi başqa bir məsələ. Mərasimdə iştirak edən mollanı çəkib televiziyada verirlər. Üzr istəyir, yalvarır və bircə o qalır ki, deyə qələt eləmişəm!

Ən maraqlısı isə yas sahibi deyir ki, bir də belə səhvə yol vermərəm. Rəhmətliyin oğlu, yəni fikirləşirsən ki, tezliklə bir qohumun da öləcək, onda səhv eləməyəcəksən?!

Hər halda insanları bu qədər aşağılamaq lazım deyil.