adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyul 2020 13:35
15317
DÜNYA
A- A+

KOLUMBUN HEYKƏLİ UÇURULDU

ABŞ-ın Baltimor şəhərində 300-ə yaxın Black Lives Matter hərəkatının fəalları Amerikanı kəşv edən Xristofor Kolumbun abidəsin uçurarar dənizə atıblar. Abidəni zəncir və kəndirlərlə aşıraraq parça-parça etdikdən sonra, onlar həmin parçaları şəhər portunun sularına atıblar. Bu barədə məlumat yayan NBC News bildirir ki, şəhərin simvolu olan abidə 1984-cü ildə ucaldılıb.

Şəhərin qubernatoru Lari Xoqan bəyan edib ki, hərəkata ciddi müqavimət göstərilmədən onların bu hərəkətlərinin qarşısını almağa çalışırlar.

"Biz dinc ehtirazları alqışlayırıq və konstruktiv dialoqun tərəfdarıyıq. Təbii ki, bəzi abidələrin yeri muzeylərdi, amma bu məsələlər vandalizm yolu ilə yox, danışıqlar yolu ilə həll edilməlidi"- deyə qubernator bildirib.

Baltimorun lideri şəhərin küçələrində təhlükəsizliyi təmin etmək üçün, vəziyyəti nəzarət altına salmağa çalışır.

ABŞ -ın digər şəhərlərində də Kolumbun heykəlləri sökülür. Virdjini, Minnesota və Floridadada onun heykıəlləri dağıdılıb. İyun ayının sonlarında prezident Tramp monimentləri dağıdanlara qarşı qanunvericiliyə uyğun olaraq cinayət işinin başlanması və onların məsuliyyətə cəlb olunması barədə göstəriş verib. Black Lives Matter fəalları bütün dünyada konfederantların və quldarların onlarla abidəsini dağıtmağl planlaşdırıb.

Rüstəm Hacıyev