adalet.az header logo
  • Bakı 18°C
06 Iyul 2020 11:15
11663
GÜNDƏM
A- A+

“Fairmont Bakı” otelinin “bəlası”na gələn məşhur işdən çıxarıldı

Tanınmış aparıcı Mələk Heydərova əmək məzuniyyətində olarkən dünyanı cənginə almış epidemiya ilə əlaqədar karantin qaydalarını pozub. O, "Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb və qayda pozduğunu birbaşa təsdiqləyib.

Adalet.az xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.

İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.

Əntiqə Rəşid