adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Iyul 2020 10:12
12464
HADİSƏ
A- A+

Bakıda güclü yanğın - VİDEO

Bakıda daha bir güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində, məcburi köçkünlərin yaşadığı evlərdən birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayış evində yanğın olması barədə Nazirliyin çağrı mərkəzinə çağırış daxil olduğunu deyib:

"Yanğınla bağlı məlumat daxil olan kimi əraziyə Nazirliyin yanğından mühafizə xidmətinin müvafiq qüvvələri göndərilib”.