adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Iyul 2020 09:42
70452
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ƏSLİNDƏ...

Mən əslində
bu günü
yaşamadım...
Hətta
yaşamağa
can atmadım -
çünki,
bu gün
Sənin etirafınla
qaldı yadımda...

Və bir də
bu gün
dünənin
davamı deyildi -
əvəzində
böyük bir
sevgi var idi -
dadında!..

Mən
bütünlüklə
duydum,
gördüm,həm də
anladım ki,
İlahi güc var -
Özünü sevgisində
Tapan QADINDA!

Odur ki,
bu günü
yaşamaq,
yaşadıqca yaşatmaq üçün
Hazıram
Haqdan gələn sevginin
Ömrümün sonuna tək
Köz olmağa
ODUNDA!..