adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Iyul 2020 18:24
13149
GÜNDƏM
A- A+

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Adalet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.

Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.