adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
05 Iyul 2020 16:52
9404
SAĞLAMLIQ
A- A+

Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü - RƏSMİ

AMEA Dilçilik İnstitutu koronavirusa yoluxan və buna görə hazırda ev şəraitində müalicə edilən professor İdris Abbasovla bağlı məlumat yayıb.

İnstitutun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər".