adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyul 2020 11:25
18728
DÜNYA
A- A+

Rusiyada yaxın günlərdə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ

Rusiyahidrometeoroloqları anomal istilər barədə xəbərdarlıq ediblər.

"RİA Novosti”ninxəbərinə görə, yaxın günlərdə bir neçə vilayət və şəhərdə havanın temperaturunun 40 dərəcəni ötəcəyi proqnozlaşdırılıb.

Belə ki, Saratov vilayətində5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40, Rostovda 40-41, Həştərxanda 40-42, Kalmıkiyada 42-43 dərəcə istilik gözlənilir.

Yüksək temperatura görə meşə yanğınlarının olacağı da istisna edilmir.