adalet.az header logo
  • Bakı 19°C
05 Iyul 2020 00:12
15267
MƏMLƏKƏT
A- A+

Müəllimlərin işə qəbulu imtahanı təxirə salınacaqmı? - AÇIQLAMA

"Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanın keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək:

"Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur”.