adalet.az header logo
  • Bakı 21°C
05 Iyul 2020 04:18
19363
HADİSƏ
A- A+

Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

APAxəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

***

01:56

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: "Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib.

***

00:18

APA-nın məlumatına görə, "Sobsan" boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

23:50

APA-nın məlumatına görə, Fövqəladə Hallar naziriKəmaləddin Heydərovyanğın baş verən əraziyə gəlib.

***

22:24

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

***

22:00

Hazırda "Sobsan" boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan QərargahdanAPA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5Təcili Tibbi Yardımbriqadasıgöndərilib.

TƏBİB-dənAPA-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

***

21:38

APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan QərargahdanAPA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.

***

21:10

Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış QərargahdanAPA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

21:03

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

QərargahdanAPA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

20:48

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir.

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

***

20:33

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində yanğın başlayıb.

APA-nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

FHN-dənAPA-ya faktı təsdiqləyiblər.

Əlavə məlumat veriləcək.