adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyul 2020 22:27
14294
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Adalet.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 846 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 509 811 test aparılıb. Aktiv xəstə sayı 8 269 nəfərdir, onlardan 342 nəfər reanimasiyadadır, 61 nəfər isə süni tənəffüs aparatına qoşulub.