adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyul 2020 21:40
18700
HADİSƏ
A- A+

“Sobsan” boya fabrikində baş vermiş yanğında xəsarət alan beş nəfər xəstəxanaya çatdırılıb – YENİLƏNİB+VİDEO

7-ci mikrorayonda "Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.

Baku TV-nin əldə etdiyiilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.

Onlar təcili xəstəxanaya çatdırılıblar.

21:01

7-ci mikrorayondakı"Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.

FHN-dənOxu.Az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib.

20:37

Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.

Oxu.Azxəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, "Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.