İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Digər Xəbərlər
24 Aprel 2024 14:41
Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03