adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Sonuncu qədəhdən sonra

CƏLİL CAVANŞİR
35897 | 2013-06-06 11:15

Bütün biabırçılıq axırıncı qədəhdənsonra baş verir. Hərdən fikirləşirəm ki, sonuncu qədəhi içməsək, bütün başımızagələnlərdən özümüzü sığortalaya bilərik.

Məclisin əvvəlində hər şey yolundagedir. Bir, iki, üç... İçki şüşələri boşalır, dostlar bir-birinin şəninə tostdeyir. İçirik, yeyirik, siqaret tüstülədə-tüstülədə kədərli pozadabir-birimizin yaradıcılığını tərifləyirik. Sonra qəfildən içimizdən kiminsəağlına gəlir ki, onun telefonunda kədərli musiqilər var. Hərəsi bir ailəninümid yeri olan yekə-yekə kişilər telefonu masanın ən görkəmlin yerinə qoyub,dirsəklərini masaya söykəyib kədərə qərq olurlar.

Mahnı bitir... Yenə, yenə, yenə....Beləcə 5-6 kədərli mahnıya gözümüz yaşaranacan qulaq asıb, özümüzə qapılırıq.Birdən kimsə əlini boşalmış içki şüşəsinə atır və tez də başa düşür ki, içkiqurtarıb. Hamı eyni anda əlini cibinə salıb ümumi büdcəni yoxlayır. Daha birşüşə içmək üçün imkanlar səfərbər olunur.

Susqunluq, kədər dağılır. Masa başındayenidən canlanma yaranır. İçki qədəhlərə süzülür. Növbəti sağlıq... növbətisağlıq... "İçək SÖZün şərəfinə, SÖZ bizi birləşdirən dəyərdir!”

Qədəhlər cingildəyir, içkilər içilir.Artıq həzin musiqilərin kədəri dağılıb və içkinin gətirdiyi aqressiya hamınıncanını yaxıb-qovurur. Məclis əhli illər uzunu içini dağıdan kini axırıncıqədəhdən sonra püskürməyə başlayır: "Sən çox istedadsız adamsan, özünü də,oxucunu da aldadırsan. Yazdıqların zibil də deyil...”

Qarşı tərəfin də cavabı gecikmir:"Pah... Gör kim mənə istedadsız deyir. Ayıbdı, vallah! Yazdıqların taftologiyaola, özün də heç kəsi bəyənməyəsən! Utanmırsan uşaqların yanında belə söhbəteləməyə?”

Söhbət yavaş-yavaş böyüyür. Tərəflərsöhbəti masadan kənarda davam etdirmək üçün, məclisi tərk edir. Uzaqdan söyüşsəsləri eşidilir... Yaxşı ki, heç kəsin yumruq atmaq üçün heyi qalmayıb. Masaətrafında qalanlar utandıqlarından bir-birinin üzünə baxa bilmir.

Qəfildən maraqlı bir təklif gəlir:"Axırıncı qədəhi də içək, dağılışaq.” Yenə qədəhlərə içki süzülür. Yenədə axırıncı... Hamı içir. Mən isə sonuncu qədəhi masanın kənarına itələyirəm.Yox, sonuncunu içə bilmərəm! Olmaz! Bilirəm, bilirəm ki, ağlayacam. Bu da mənimillərlə edə bilmədiyim, içimə yığılıb qalan partlayışdır.

Bu gün partlamasın, nə olar! Ona görə dəiçmirəm. Qucaqlaşıb, vidalaşırıq. Bayaq dava edən dostlar da peşman-peşman yerəbaxır. Əvvəlki şadyanalığımızdan əsər-əlamət qalmayıb. Hərə üzünü birtərəfə çevirib dağılışır. Lap axırıncı qədəhi içmədiyim üçün ağlayabilmirəm.

Evimizin yanındakı dükandan bir şüşəiçki, araq, pivə, şərab... Nə olur-olsun alıb kirayə mənzilimə çəkilirəm.Axırıncı qədəh... Bunu içməsəm, deyəsən, gözümə yuxu getməyəcək. Aşa-aşa otağınişığını yandırıram.

Gözüm qamaşa-qamaşa kresloya çökübiçkini başıma çəkirəm. Axırıncı qədəh... Mən həmişə axırıncı qədəhdən sonracanımı bürüyən kədərin təsiri ilə hönkürürəm... Bütün başıma gələnlərixatırlamağa başlayıram. Axırıncı qədəhi də özüm süzürəm özümə. Söyməyəadam da yoxdur...

Heç vaxt, heç kəs mənə axırıncı qədəhitəklif eləməsin, istəmirəm...


TƏQVİM / ARXİV