adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyul 2020 15:53
14530
MƏMLƏKƏT
A- A+

Səxavət Məmməd: Başında beyin əvəzinə peyin gəzdirənlər

"Kəndlər boşaldılır" ifadəsi o qədər yalnışdır ki, altına hər məna yükləmək olar. Bəzi dostlar "kəndlər boşaldılır" ifadəsindən çox narahat olur. Haqlıdılar. İnsanların ağlına başqa-başqa şeylər gəlir. Əslində cəbhə bölgəsində gərginlik artanda kəndlərin təxliyə edilməsi qədər düzgün heç nə yoxdur.

Səbəb

Cəbhə xəttinin Azərbaycan tərəfində yaşayış məntəqələri var, hətta cəbhənin bir neçə yüz metrliyinə qədər məsafədə olan kəndlərimizdə həyat davam edir. Qarşı tərəfdə isə yaxın məsafədə yaşayış məntəqəsi yoxdur. Düşmənin bir tək Talış kəndi yaxın məsafədə yerləşirdi ki, oranın da 2016-cı ilinə aprelində aqibəti bəllidir.

Aktiv döyüşlər başlayan vaxt kəndlər təxliyyə edilməlidir. Bunun altında da başqa məna axtarmaq axmaqlıqdır. Təsəvvür edin, döyüşlər başlayır. Azərbaycan tərəfinin artilleriyası son dərəcə dəqiq hədəfləri vurmalıdır, buna borcludur. Yoxsa hədəfə dəyməyən hər bir mərmi boşa getmiş olacaq. Bu həm maddi, həm də mənəvi itki deməkdir. Azərbaycan tərəfi kəndləri təxliyə etməsə, erməni tərəfinin artilleriyasının dəqiq olmayan atışı belə nəticə verəcək. Səngərə düşməyən mərminin kəndə düşməsi həm mülki əhalinin itkisinə yol açacaq, həttta bu olmasa belə panika belə hər şeyi məhv edəcək. Panika olarsa hədəf də şaxələnəcək, bilməyəcəksən diqqəti cəbhəyə yönəldəsən, yoxsa arxadakı panikanı aradan qaldırasan.

Bunu birdəfəlik anlamaq lazımdır ki, aktiv döyüşlər başlamazdan öncə kəndlər planlı, proqramlı şəkildə təxliyə edilməlidir. Mərminin dili-ağzı yoxdur, qanmır-qandırmır, düşdü-düşdü. Nə olacaq?
Kəndlərin təxliyyə edilməsini də qaçqınçılıq kimi anlamaq yüngül desək beyinsizlikdir, başın içərisnədə beyin əvəzinə peyin gəzdirmək deməkdir.

Gələcəkdə aktiv döyüşlər başlayarsa, kəndlərin təxliyyə edilməsini panika ilə qarşılamaq lazım deyil. Kəndlər təxliyyə edilməsə höküməti tənqid etmək, hesab sormaq lazımdır.