adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Iyul 2020 14:40
14158
HADİSƏ
A- A+

Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, siqaretlərin və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF"və "Mercedes-BenzActros" markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrindən birinin sürücüsünün üzərində gömrük nəzarətindən gizlədilən iki ədəd "Vertu" markalı mobil telefonlar, digər yük avtomobilinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1600 ədəd " Parliament Heets" markalı siqaret və 400 kapsul dərman preparatları aşkar edilib.

Hər ikifaktla bağlı araşdırma aparılır.