Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO
Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq, "ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.
Ümumilikdə beşnəfər saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, hər biri 200 manat cərimə olunub.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16