adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyul 2020 12:41
52023
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: HƏSRƏTİM






























Yenə bu səhərə çən gətirirsən -
Girir aramıza - üşüdür bizi...
Həm gizlin, həm səssiz sən gətirirsən ,
Görür Allahımız, eşidir bizi -
həsrətim...

Dolanır xəyalım. qarışır halım
İçimi, çölümü bürüyür sükut...
Dilimin ucunda ölür sualım ,
Məni arxasınca sürüyür sükut -
həsrətim...

Didir yaddaşımı dişin, dırnağın
Böyüyür gözümün dibində şəkil...
Sənin ürəyimi salıb qırmağın,
Mənim yol ölçməyim, cibimdə şəkil -
həsrətim!..

Fikirlər vuruşur yol tapmaq üçün,
Döyüş meydanına çevrilir başım...
Səfərbər etmişəm ürəyin gücün ,
Udmağa , son dəfə, Vüsal savaşın -
həsrətim!..