Daşkəsəndə iki tondan çox narkotik vasitə məhv edildi
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 2 442 kq olan 8 432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq, məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43