adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyul 2020 10:49
73280
KRİMİNAL
A- A+

Bakıda 30 yaşlı kişi küçədə bıçaqlandı

Bakıda otuzyaşlı kişi küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N.Ağayevi bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənBakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə cinayət işinə başlanılıb.