adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyul 2020 10:37
26363
İDMAN
A- A+

Messi “Barselona”nı tərk edəndən sonra İngiltərəyə yollanacaq - İDDİA

"Barselona” futbol klubunun hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə "Fox Sports”un tanınmış argentinalı jurnalisti Kristian Martin məlumat yayıb.

Ötən gün yayılan xəbərlərdə 33 yaşlı ulduz futbolçunun 2021-ci ilin yayında "Barselona”nı tərk edəcəyi qeyd olunur.

Jurnalist Kristian Martin vurğulayıb ki, onun Kataloniyada və İngiltərədə olan etibarlı mənbələri L.Messinin Premyer Liqada oynamağa hazırlaşdığını təsdiqləyib.

"Müqavilənin şərtlərindən bütün maraqlı tərəflər razı qalacaq”, - deyəjurnalist bildirib.