adalet.az header logo
  • Bakı 18°C
03 Iyul 2020 22:43
11902
HADİSƏ
A- A+

Bakıda 15 yaşlı oğlan hovuzda boğuldu

Bakıda 15 yaşlı oğlan faciəli şəkildə ölüb.

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonunda bir nəfərin naməlum şəraitdə dərinliyi təqribən üç metr olan su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 2005-ci il təvəllüdlü Quliyev Rza Qurban oğlunun meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.