adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Iyul 2020 22:33
14480
MƏMLƏKƏT
A- A+

Sabahın hava proqnozu açıqlandı

İyulun 4-dəAzərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24,gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal rayonlarındaşimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Havanın temperaturugecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

İyulun 4-də Abşeron yarımadasında sabit hava şəraiti vəiqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.