adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyul 2020 20:00
14814
DÜNYA
A- A+

Fransaya yeni baş nazir təyin edildi

Jan Kasteks Fransanın yeni baş naziri təyin edilib.

TASS Yelisey sarayının açıqlamasına istinadla xəbər verir ki, bundan əvvəl o, Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

"Respublika Prezidenti Emmanuel Makron Jan Kasteksi Baş nazir təyin edib və ona hökuməti təşkil etməyi tapşırıb”, - sənəddə qeyd edilir.

İyun ayında 55 yaşı tamam olan Jan Kasteks ailəlidir, dörd qızı var.