adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Iyul 2020 19:00
42005
İQTİSADİYYAT
A- A+

Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi

Prezident İlham Əliyev "Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, sərəncamla "Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının 1-ci hissəsindən Şahin Abdulla oğlu Mustafayevin adı çıxarılır.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.