Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ
İcazə alan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, iş üçün icazə alınan şəxslərin avtomobilləri barədə də məlumat daxil edilir və onların avtomobilləri də icazəlidir.
SMS icazə ilə çıxan şəxslərin avtomobillərinə gəlincə isə 5 iyul tarixindən etibarən avtomobillərə də icazə almaq mümkün olur. O qeyd edib ki, bu istiqamətdə texniki düzəliş edilir: "SMS icazə vasitəsilə icazə alan zaman şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə bərabər avtomobilin də seria və nömrəsi eyni SMS vasitəsilə göndərməklə avtomobildən istifadə etmək mümkün olacaq”.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41