adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Iyul 2020 17:18
13730
GÜNDƏM
A- A+

Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanıqlılığına yönəlmişdir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün yoluxma sayı yüksək həddə qalır. Karantin rejiminin sərtliyi onun həyata keçirilmə formasından aslıdır: "Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşılaşmışıq. Bu problemin həlli üçün hamımız səfərbər olmalıyıq, bu mübariəzədə birgə iştirak etməklə virusa qalib gələ bilərik. Bu iş çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, maska taxmaq və gigyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik".