adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Iyul 2020 16:18
8810
GÜNDƏM
A- A+

Dilçilik İnstitutu koronavirusa yoluxan işçisi ilə bağlı açıqlama yaydı

AMEA Nəsimi adına Dilçilik İnstitutu COVİD-19-a yoluxan işçisi - filologiya elmləri doktoru İdris Abbasovla bağlı açıqlama verib.

İnstitutdan verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov iyulun 1-də saat 12:30-da institutda olub. İş prosesi zamanı İdris Abbasov əməkdaşlarla görüşüb, səhhətinin normal olduğunu bildirib.

2 iyulda özünün şəxsi "Facebook" səhifəsində status yazan İdris Abbasov səhhətində müəyyən problemlərin olduğunu ictimailəşdirib. Dərhal institut direktoru akademik Möhsün Nağısoylu və elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli İdris Abbasovla telefon əlaqəsi yaradıblar. O isə heç bir köməyə ehtiyacı olmadığını, vəziyyətinin hələlik normal olduğunu diqqətə çatdırıb.

Bu gün isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli saat 10.45-də şöbə müdiri İdris Abbasovla telefonla danışmış, onun səhhəti ilə xüsusi olaraq maraqlanmışdır. İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindəndir.

AMEA rəhbərliyi İdris Abbasova hər cür maddi və mənəvi kömək göstəriləcəyini bildirir.