adalet.az header logo
  • Bakı 20°C
03 Iyul 2020 15:14
11216
MƏMLƏKƏT
A- A+

EKSPRESS xətlərin fəaliyyəti bərpa olunur

Sərt karantin rejimi səbəbindən METRO iyulun 20-ə kimi işləyəcək, bilirsiniz. Ona görə də EKSPRESS xətlərin fəaliyyəti bərpa olunur.

Deməli, iyulun 6-dan M1, M2, M3, M4, M5, M6 və M7 yenə xəttə çıxacaq.

Ekspress avtobuslar əvvəlki kimi saat 07:00-dan 20:00-dək işləyəcək.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan
13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. (yəni bu tarixlərdə nə avtobus, nə metro işləməyəcək.)

Şənbə və bazar günləri həyat donmayacaq. Yəni, bu gün necədirsə, onda da elə olacaq.

Ərzaq dükanları və apteklər öz qaydasında işləyəcək. İstədiyiniz vaxt icazə ilə gedib alış-veriş edəcəksiniz.

Şənbə-bazar işləməyənyalnız ictimai nəqliyyat olacaq.

Şəxsi avtomobilinizdənistifadədə tam sərbəstsiniz, icazəniz olduğu müddətdə. SMS icazə üçün avtomobilin nömrəsini yazmağa ehtiyac yoxdur. Adi qaydada sms yazacaqsınız..

Şənbə-bazar günü işləyən insanların öz avtomobilindən istifadə məsələsi və taksilərin işləyib-işləməməsi məsələsi 100% aydın deyil, 99.9% -dir əminlik. Amma bilmək olmaz. Bizdə 1% də birdən yanına iki sıfır yapışdıra bilər. Ona görə, bu iki məsələni hələki gözləyək. Bu gün brifinq olsa, yəqin tam aydınlıq gələr...

Şənbə-bazar işləyənlər avtomobillərindən istifadədə azaddırlar.