adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyul 2020 13:20
121019
ŞOU-BİZNES
A- A+

Müğənni Aynur Dadaşova: “Oğlum atasını seçdi, 3 ildir...”

2017-ci ildə ərindən boşanan ifaçı proqramların birində müğənni ərini yad qadınla işıqforda yan maşında gördüyünü bildirmişdi. Ərinin xəyanət etdiyi qadın müğənnini görüb tanısa da maşınında əyləşdiyi kişinin Aynur Dadaşovanın həyat yoldaşı olmağından xəbərsiz olub:

"Bir gün svetaforda durmuşam. Uşaqların atasının yanında bir xanım... Xanım onu öldürür ki, "Aynur Dadaşovaya bax". Nə deyim ki, uşaqlarımın atasıdır. Qadın maşında qabaqda oturmuşdu. Svetaforda durub mən onlara baxıram, onlar da mənə. Qadın bilmir ki, yanındakı kişi uşaqlarımın atasıdır. Yolumu dəyişdim, indi görün mən nə qədər güclü qadınam".

Aynur daha sonra bu evliliyə çox peşman olduğunu da söyləmişdi:"Düzdür, uşaqlarıma görə, şükür edirəm, amma dəyməzdi".



Aynur Dadaşova uşaqlarının atasına çox hörmət etdiyini, qulluğunda durduğunu, lakin bütün bunlara baxmayaraq qarşı tərəf üçün dəyərsiz olduğunu etiraf edib. Baxmayaraq ki, Aynur Dadaşova ailə həyatı qurduqdan sonra sənətdən və səhnədən təmamilə uzaqlaşmışdı. İfaçı ailəli olarkən həmkarları və media nümayəndələri ilə ünsüyyətdən qaçırdı.

Ötən gün müğənni "5də 5" verilişində qonaq olub.

Adalet.az xəbər verir ki, veriliş zamanı Aynur açıqlamaları ilə gündəmə gəlib. Belə ki, müğənni bildirib ki, boşandıqdan sonra qızı anasını oğlu isə atasını seçib. 3 ildir oğlunu görmür:

"İki övladım var. Qızım mənimlə oğlum atasınnan qalır. 3 ildir artıq belədi. Oğlumun 16 yaşı var. Xarici ölkələrdə olur çox vaxt. Həm də övlad atasını istəyir məcbur deməyəcəm ki, ananı istə. Zəng edir bacısı ilə danışır".

Əntiqə Rəşid