adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2020 13:11
8909
GÜNDƏM
A- A+

DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyata başladı

Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu barədə Adalet.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən Trend-ə verilən məlumata görə, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.