adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Əziz Sancarın Türkiyədə başına gətirilənlər – Yılmaz Özdil yazır

53784 | 2020-07-04 09:15

Varlığı ilə qürur duyduğumuz professor Əziz Sancar qəflətən Nobelmükafatına layiq görüldü.

Obbaa, sənsənmi qazanan?!

Türkmü, yoxsa kürtmü olduğu mübahisələrə səbəboldu.

"Yarıtürk” olduğunu deyənlər oldu.

"Qismən türk” olduğunu deyənlər də.

BBC yeni şübhənin rişələrini əkdi.

"Ərəb əsillimisiniz” deyə soruşdu.

Adamcığaz türk bayrağının önündə şəkil çəkdiribAnadolu xəbər agentliyinə açıqlama vermək məcburiyyətində qaldı, "mən türkəm”dedi.

Söz-söhbət qurtarmadı.

Sonra da ələvimi, ya sünnimi müzakirəsi başladı.

Amerikalı arvadının müsəlman olub-olmadığını müzakirəetməyə başladılar.

Nobel mükafatını hüceyrələrin zədələnmiş DNT'lərinecə düzəltdiyini və genetik məlumatları necə qoruduğunu göstərərək qazandı.

Bu isə heç kimin diqqətini çəkmədi.

Ancaq etnik və məzhəbi DNA-sını bitdə-bitdəaraşdırdılar.

Nobel mükafatını almaq üçün İsveçə getdi, StokholmUniversitetində konfransı təşkil olundu, yaxasına Atatürl nişanı taxmışdı,qalstukunun motivləri isə Osmanlı monoqramı idi.

Obba, sənsənmi taxan?!

Nişanı və qalstuku barədə yüzlərlə məqalə yazıldı.

TV-lərdə üç gün bu mövzu danışıldı.

Kimisi əslində Osmanlıçı olduğunu, Atatürkçülərinreaksiyasından qorxduğu üçün Atatürk nişanı taxdığını iddia elədi.

Kimisi əslində Atatürkçü olduğunu, Osmanlıçılaraşirin görünmək üçün o qalstuku taxdığını dedi.

Kimisi Türkiyənin Atatürkçülərdən vəOsmanlıçılardan ibarət olmadığını, illərdir ABŞ-da yaşayan Əziz Sancarın artıqTürkiyənin gerçəklərindən xəbərinin olmadığını dedi.

Əbdülhəmiddən Vəhdəddinə, İsmət İnönüdən AdnanMenderesə qədər hər mövzu yenidən açıldı, hər kəs bir-birini təhqir elədi.

Arada milləti bir-birinə qarşı qoyduğu üçün ƏzizSancar təhqir olundu.

Əziz Sancar nişanla qalstuku taxdığına görə peşmanelədilər.

Nəhayət, Türkiyəyə gəldi.

Nobel mükafatını Atatürk və Cümhuriyyət sayənidəqazandım, rol modelim Atatürkdir, vəfa borcumu ödəmək üçün bu mükafatımıAtatürkə və Cümhuriyyəti quranlara ərmağan edirəm” dedi.

Nobel mükafatını Anıtkabirdə sərgiləmək üçün BaşQərargah rəisinə təslim etdi, Atatürlün hüzurunda ona hörmət əlaməti olaraqtəzim etdi, çiçək qoydu, dua etdi.

Obba, sənsənmi Anıtkabirdə dua edən.

Siyasi dinçilərin hücumuna mərzu qaldı.

O günə qədər elə qürür duyuruq, belə fəxr edirikdeyənlər anidən Əziz Sancar düşməninə çevrildi. Əziz Sancarın Amerika vətəndaşıolduğunu, Amerika universitetinə işlədiyini, Türkiyəylə əlaqəsinin olmadığınıdeməyə başladılar.

Onun mükafatını Baş Qərargah rəsisinə verməyiniçevrilişçi zehniyyətə dəstək kimi qələmə verdilər.

Atatürkün ruhuna fatihə oxumasını da tənqid edənləroldu.

Madam ki, Osmanlı qalstuku taxırdın, o zamanFatehin türbəsinə də gedib dua edərdin” dedilər.

Əziz Sancarın könlü qırıldı.

Bir daha geri gəlməmək şərtilə Türkiyədən qaçdı.



Dilimizə uyğunlaşdıran: Eminquey


TƏQVİM / ARXİV