adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Iyul 2020 12:12
10999
MƏMLƏKƏT
A- A+

İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib. İçərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxsin "play station” zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

İcarədar və on beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.