adalet.az header logo
  • Bakı 18°C
03 Iyul 2020 11:03
10835
MƏMLƏKƏT
A- A+

XƏBƏRDARLIQ: Bakının mərkəzi və qəsəbələrdəki əsas küçələrdə dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Adalet.az-a məlumat verilib.

Bildirilir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.