adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2020 10:54
67636
KRİMİNAL
A- A+

Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın etdi

Bakıda mənzilə basqın olub.

Adalet.az-ın məlumatına görə, iyulun 1-də Binəqədi rayonu ərazisində baş verib.

Rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum şəxsin maskalı vəziyyətdə onun mənzilinə daxil olaraq, ona bıçaqla hədə-qorxu gəlib televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.

Faktla bağlı araşdırma aparılır.