adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Iyul 2020 23:20
16909
DÜNYA
A- A+

Rusiya hədələdi: ABŞ Asiyada raketlərini yerləşdirsə...

ABŞ anlamalıdır ki, Çinlə konflikt təkcə ikitərəfli qarşılıqlı fəaliyyət yox, həm də digər ölkələr üçün təhlükəlidir.

Axar.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov deyib.

"Ümid edirəm ki, Vaşinqton əvvəl-axır iki nüfuzlu dövlət arasında konfliktin təkcə bu dövlətlərin yox, həm də bütün dünyanın zərərinə olduğunu dərk edəcək”, – deyə o bildirib.

Morqulov Vaşinqtonun orta və yaxın mənzilli raketlərini Asiyada yerləşdirməsinin Moskva və Pekin arasında müdafiə sferasında sıx koordinasiyaya gətirib çıxaracağını vurğulayıb.