adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyul 2020 23:12
19095
İDMAN
A- A+

Çempionlar Liqasının keçiriləcəyi Lissabonda karantin tətbiq olundu

Çempionlar Liqasında bu mövsüm "səkkizlər finalı"ının keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabonda yenidən karantin rejimi tətbiq olunub.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar koronavirus pandemiyasının artmasından sonra verilib. 19 bölgədə yaşayan 700 min insanın yalnız işə getmək və ehtiyaclarını qarşılamaq üçün evdən çıxa biləcəyi vurğulanıb. Portuqaliyada hazırda koronavirusda ölənlərin sayı 1500, yoluxanlar isə 42 mindən çox insandır.

ÇL-də "səkkizlər finalı 12-23 avqust tarixlərində Lissabonda keçirilməlidir. Karantin qərarından sonraturnirin gələcəyi ilə bağlı yeni qərar verilib-verilməyəcəyi bilinmir.