adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Iyul 2020 16:51
50486
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: XƏSTƏSİ

Yükü , özündən ağır -
Ürək, kədər xəstəsi...
Gözün zilləyib baxır -
Sona qədər xəstəsi...

Başın özüylə qatır
Odu- közüylə qatır...
Sözün qolunda yatır -
Ömrün hədər xəstəsi...

Ha yazsa da qələmi
Küydü ahı, ələmi...
Candan verir sələmi -
Məcnun qədər xəstəsi!..

Qoyub özün qırağa
Ruhun bükür varağa...
Tay əl atmır darağa -
Haqqın bu tər xəstəsi!..