adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyul 2020 14:57
16483
DÜNYA
A- A+

Tramp niyə Rusiyanı milli maraqlardan üstün tutur?

Amerika Birləşmiş Ştatları hələ ötən ilin fevral-mart aylarından əbədi düşmənləri saydıqlarl Rusiyanın Əfqanıstanda amerikan əsgərlərininin öldürülməsi üçün "Taliban" yaraqlılarına pul mükafatları verməsi ilə bağlı kəşviyyat məlumatlarına malik imiş.

Bu barədə xəbərlər yayan 2013-2017-ci illərdə ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi və ABŞ -ın BMT-dəki səfiri işləmiş Syuzan Rays The New York Times qəzetinin səhifələrində prezident Trampı bu günədək hər hansı bir tədbir görməməkdə günahlandırır. "Mən, keçmiş milli təhlükəsizlik üzrə məsləhətçisi işləmiş bir şəxs olaraq, bu kəşviyyat məlumatları barədə Trampa heç bir məlumat verilmədiyinə inanmıram. Aldığım məlumata görə bu məlumatlar təhlükəsizlik məsələlərinə aidiyyatı olan bütün yüksək çinli məmurlara verilən gündəlik xülasəyə daxil edilib. Əgər prezident bu xülasəni oxumasa belə, onun köməkçiləri bu mühüm məlumatı ona çatdırmalıydılar".

Ağ evin məmirları bildiriblər ki, qaydalara görə tam dəqiqləşdirilməmiş və qarşılıqlı tədbir planı hazırlanmamış məlumatlatı prezidentə məruzə etmək olmaz. "Amma administrasiya Britaniya hökumətinini məlumatlandırıb, Təhlükəsizlik Şurasıda kəşviyyat məlumatlarını və onun nəticələrini müzakirə etmək üçün 2019-cu ilin mart ayında toplantı keçirib"-deyə Rays bildirib.

Məqalədə daha çox prezident Trampı hədəfə alan keçmiş milli təhlükəsizlik əməkdaşı yazır ki, ötən müddət ərzində Rusiya prezidenti ilə ən azı 6 dəfə telefon danışıqları aparan Tramp, nəinki bu məsələyə aydınlıq gətirməyib, əksinə tərəgdaşlarımızın etirazına baxmayaraq Rusiya prezidenti Vladimir Putini G7 samitinə qoşulmağa dəvət edib. "Əgər mən təhlükəsizlik məsləhətçisi işləsəydim, prezidentə deyərdim ki, siz nə edirsiniz, ruslar anerikan əsgərlərini qətlə yetiriblər".

Raysın fikirincə ruslatın amerikan əsgərlərini soyuqanlılıqla qətlə yetirmələri Trampı ilgiləndirmir. "O, məsuliyyətdən qaçaraq heç bir tədbir görmək fikirində də deyil. Hətta heç olmasa diplomatik qadalara uyğun etiraz belə etmir. Putin isə əmindir ki, artıq heç bir cəzasız amerikan əsgərlərini öldürə bilər".
The New York Times qəzetində yayımlanan Syzan Raysın bu məqaləsinə münasibət bildirən ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində, Rusiyanın guya "Taliban" yaraqlılarına amerkan əsgərlərinin öldürülməsi üçün pul mükafatları ötürməsi ilə bağlı kəşviyyat məlunatları almadığını və ümumiyyətlə Ağ Ev administrasiyasında çalışan əməkdaşlarının da belə bir məlumat almadığını bildirib. O, adı çəkilən qəzeti qarayaxma məlumatlar yaymaqda günahlandırıb.

Rusiya tərəfi də RF-sı prezidentinin Mətbuat katibi Dmitri Peskovun simasında Rusiysnın guya "Taliban" yaraqlılarına amerikan əsgərlərini öldürmək müqabilində pul mükafatları ötürməsi xəbərlərini növbəti böhtan adlandırıb və bu məlumatların əsası olmadığını bildirib.

Rüstəm Hacıyev