adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Iyul 2020 14:31
9595
SAĞLAMLIQ
A- A+

KORONAVİRUSUN BİRCƏ XEYRİ OLDU

Deməli, səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla yüksək vəzifəli dövlət məmurları hətta dişləri ağrıyanda, ya mədələri bulananda Almaniyaya uçurdular.

Hətta hansı məsələ ilə bağlı səhiyyə naziri başda olmaqla, yüksək vəzifəli dövlət məmurlarından səhiyyəmizlə bağlı nəsə bir söz soruşanda cavab verirdilər ki, Almaniyada müalicə olunuram, qayıdanda cavab verərəm.

İndi dünyada bütün ölkələr qapılarını bağlayıb. Yəni səhiyyə nazirimiz başda olmaqla, yüksək vəzifəli dövlət məmurlarının hansısa ölkəyə müalicəyə getmək imkanları yoxdu.

Məcburdular öz xətəxanalarımıza müraciət etsinlər. Və indi gedib xəstəxanalarımızın vəziyyəti ilə tanış olacaqlar və görəcəklər ki, xəstəxanalar hansı vəziyyətdədi. Ola bilər ki, bundan sonra TƏBİB-in səlahiyyətlərinə daxil olan xəstəxanalara diqqəti artırsınlar. Düzü, inanmırıq, amma yazırıq.