adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Iyul 2020 14:05
14260
DÜNYA
A- A+

Nursultan Nazarbayev koronavirusdan sağalıb

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

Adalet.az-ın məlumatına görə, bu barədə sabiq Prezidentin mətbuat katibi öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, N.Nazarbayevin təkrar verdiyi test mənfi nəticələnib. Həkimlərin tövsiyəsinə əsasən o, özünütəcrid rejimini davam etdirəcək.

Qeyd edək ki, N.Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu. Onun xəstəliyinin simptomsuz keçdiyi məlumat verilmişdi. Bu müddət ərzində o, həkimlərin nəzarətində olub.